"15 Bundesliqa klubu üçün Ronaldonun illik maaşını qarşılamaq mümkün olmaz"

20 Avqust 2022 21:40 Almaniya 639
"15 Bundesliqa klubu üçün Ronaldonun illik maaşını qarşılamaq mümkün olmaz"

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun Dortmund "Borussiya"sına keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, deyib:

“Düzünü desəm, onun "Borussiya"ya getməsi məni maraqlandırmır. Bu, mənim üçün əhəmiyyətli deyil. Onun hələ də “Mançester Yunayted”lə müqaviləsi var. Başqa klubları oyunçuları haqqında danışmamağı öyrənmişəm. O, yaxşı futbolçudur, çoxlu qollar vurub. Yəqin ki, istənilən liqada daha bir neçə qol vuracaq. Amma bu, iqtisadi məsələdir. Düşünürəm ki, bir çox klublar onunla müqavilə bağlamaq istəyər. Lakin ən azı 15 Bundesliqa klubu üçün onun illik maaşını qarşılamaq mümkün olmaz. Ronaldonun illik 500 min avroya oynadığını düşünmürəm".

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə məlumatlar yayılıb. O, ötən ildən bu komandada oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!