Rüfət Dadaşov qol vurmadı, komandası qonaqlara uduzdu

8 Avqust 2022 18:20 Almaniya 433
Rüfət Dadaşov qol vurmadı, komandası qonaqlara uduzdu

Almaniyanın Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası doğma meydanda “Lippstadt”la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Rüfət bu görüşdə start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Şalke”nin ikinci komandası 3 turdan sonra 6 xalla 18 komanda arasında 7-ci qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?