17 yaşlı hücumçu üçün 20 milyon avro ödədiдэк

30 İyul 2022 01:40 Almaniya 526
17 yaşlı hücumçu üçün 20 milyon avro ödədiдэк

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi Fransanın “Renn” klubunun hücumçusu Matis Teli transfer edib.

17 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Almaniya çempionu bu transfer üçün “Renn”ə 20 milyon avro təzminat ödəyib. Müqavilədə əlavə bonusların da nəzərdə tutulduğu bildirilir. Tel yeni komandasında 39 nömrəli formanı geyinəcək.

“Renn”in öz yetirməsi olan Matis Tel ötən ildən əsas komandada forma geyinməyə başlayıb.

O, 16 yaş 110 günlüyündə meydana çıxmaqla bu klubun əsas komandasında oynamış ən gənc futbolçuya da çevrilib. Gənc forvard bu komandanın heyətində 10 rəsmi matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi