Almaniya klubundan müdafiəçi transfer edəcək - PSJ

25 İyul 2022 00:00 Almaniya 452
Almaniya klubundan müdafiəçi transfer edəcək - PSJ

PSJ "Leypziq"in futbolçusu Nordi Mukielenin transferini həll edib.

Sportinfo.az xəbər verir ki, Paris klubu bu yay heyətinə qatmaq istədiyi müdafiəçini yaxın günlərdə transfer edəcək.

Ötən mövsüm Almaniya klubunda 37 oyun keçirmiş Mukiele 2 qol vurub, 5 assist edib.

24 yaşlı futbolçu 2018-ci ildə "Monpelye"dən "Leypziq"ə keçmişdi. O, 2021-ci ildə Fransa millisinin heyətində debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti