“Qvardiolanı “Barselona”da olduğu vaxtdan izləyirəm”

24 İyul 2022 15:40 Almaniya 743
“Qvardiolanı “Barselona”da olduğu vaxtdan izləyirəm”

“Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda danışıb.

Sportinfo.azn xəbər verir ki, o, “Mançester Siti”ni dünyanın ən yaxşı komandalarından biri adlandırıb:

“Mən Qvardiolanı “Barselona”da olduğu vaxtdan izləyirəm. Həmin vaxt onların əks-pressinqləri dünyada ən təsirli idi.

Gənc məşqçi olanda, yeni bir şey öyrənmək üçün ən yaxşıların rəhbərlik etdiyi komandaların demək olar ki, hər oyununu izləməyə çalışırsan.

“Mançester Siti” hazırda dünyanın ən yaxşı komandalarından biridir”.

“Mançester Siti” “Bavariya" ilə iyulun 24-də yoxlama oyunu keçirib və 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti