"Ronaldoya çox böyük hörmətlə yanaşıram, amma biz onu transfer etməyəcəyik"

17 İyul 2022 12:00 Almaniya 983
"Ronaldoya çox böyük hörmətlə yanaşıram, amma biz onu transfer etməyəcəyik"

"Bavariya"nın idman direktoru Hasan Salihamidziç "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun "Bavariya"ya keçəcəyi ilə bağlı xəbərlər haqda danışıb.

Sportinfo.az xəbər verir ki, klub funksioneri portuqaliyalı ulduzun gündəmlərində olmadığını deyib:

"Kriştiano Ronaldonun karyerasına və etdiklərinə çox böyük hörmətlə yanaşıram. Amma biz onu transfer etməyəcəyik".

Qeyd edək ki, Kriştiano Ronaldo "Mançester Yunayted"dən ayrılmaq istəyir. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti