Müdafiəçisini Premyer Liqa klubuna satdı - "Bavariya"

10 İyul 2022 18:40 Almaniya 549
Müdafiəçisini Premyer Liqa klubuna satdı -

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Nottingem Forest" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu "Bavariya"dan Omar Riçardsı transfer edib.

24 yaşlı son cinah müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Nottingem Forest" ingiltərəli futbolçu üçün Münhen təmsilçisinə 10 miyon avro ödəyib.

Omar Riçard "Bavariya"ya 2021-ci ilin yayında "Ridinq"dən transfer olunmuşdu.

Müdafiəçi son mövsümdə Bundesliqa klubunun heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"