“Müqavilə imzaladıq - Onu transfer etmək istəyənlər çox idi"

13 İyun 2022 21:20 Almaniya 640
“Müqavilə imzaladıq - Onu transfer etmək istəyənlər çox idi"

"Bavariya" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Hasan Salihamiciç danışıb.

Klub rəsmisi "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberxi transfer etdiklərini açıqlayıb:

"Rayanla müqavilə imzalandı. Artıq bu transfer həyata keçirilib. Rayanın klubumuzda olmasından məmnunuq. O, Avropanın ən istedadlı gənclərindən biridir. Onu transfer etmək istəyənlər çox idi".

20 yaşlı futbolçu 2018-ci ildən çıxış etdiyi Amsterdam təmsilçisində 103 oyunda 12 qolla yadda qalıb.

"Bavariya" daha əvvəl "Ayaks"dan mərakeşli müdafiəçi Nussair Mazrauini transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!