Sərdar Almaniyanın tanınmış klubu ilə müqavilə bağladı

23 Yanvar 2022 10:00 Almaniya 1 021
Sərdar Almaniyanın tanınmış klubu ilə müqavilə bağladı

"Zenit"in futbolçusu Sərdar Azmun 2022/2023 mövsümündən "Bayer"də çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb.

İranlı forvard yeni komandasına "Zenit"lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək.

Bu mövsüm Sərdar Azmun bütün turnirlərdə 21 oyuna 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Zenit"də 2019-cu ilin yanvarından çıxış edir.

"Transfermarkt" Azmuna 25 milyon avro qiymət qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!