
Sportinfo.az xəbər verir ki, Dortmund “Borussiya”sının futbolun inkişafı üzrə direktoru Sebastyan Kehl Erlinq Holandın fikirlərinə münasibət bildirib.
Holand mətbuata verdiyi açıqlamada vurğulamışdı ki, klub yeni müqavilə bağlamaq üçün ona təzyiq edir.
Kehl bildirib ki, Holand ağır söhbətə hazır olmalıdır:
“Bu, ultimatum deyil. Amma bizə aydınlıq lazımdır. Son tarix yoxdur. Erlinqə təzyiq etmirik. İstəyirik ki, o, yaxın bir neçə həftə ərzində sakitcə qərar verə bilsin.
Onun sözlərinə bir az təəccübləndim. Yaxın günlərdə onunla söhbət edəcəm. Başa salacam ki, onu hara çəkirlər və niyə təzyiqdən danışır.
Biz onu qətiyyən bu istiqamətə sövq etmirik. Amma başa düşməlidir ki, gec-tez ağır söhbət olacaq".