“Bayern”in müdafiəçisi PSJ yolunda - 35-40 milyonluq keçid

27 İyun 2023 00:20 Almaniya 1 396
“Bayern”in müdafiəçisi PSJ yolunda - 35-40 milyonluq keçid

“Bayern”in müdafiəçisi Luka Hernandes PSJ-nin futbolçusu olmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, klublar arasında danışıqlar müsbət istiqamətdə gedir və transferin məbləği 35-40 milyon avroya çata bilər.

27 yaşlı müdafiəçinin “Bayern”lə müqaviləsi gələn ilin yayında başa çatacaq.

Hernandes ötən mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019-cu ildən Almaniya klubunda çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti