Qiymətdə endirim etdi - 90 milyon avroluq təklif gəlsə…

9 May 2021 12:00 Almaniya 730
Qiymətdə endirim etdi - 90 milyon avroluq təklif gəlsə…

"Borussiya" yayda vingeri Ceydon Sançonu satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, Dortmund təmsilçisi 90 milyon avroluq təklif gələcəyi halda, ingilis futbolçunu sərbəst buraxacaq.

Ötən yay Bundesliqa klubu Sançonu 120 milyon avroya satmaqdan imtina etmişdi.

21 yaşlı oyunçu 2017-ci ildə "Mançester Siti" akademiyasından "Borussiya"ya 8 milyon avro qarşılığında keçib. O, komandada keçirdiyi 133 oyunda 46 qol vurub, 62 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti