"Turan Tovuz" cəzalandı, bəs niyə "Zirə" bu cür “vurulur”?

21:00 Zirə 299
"Turan Tovuz" cəzalandı, bəs niyə "Zirə" bu cür “vurulur”?

Təəssüf İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciətinə müsbət cavab vermədi.

Beləliklə bölgə klubu 32 ildən sonra vəsiqə qazandığı avrokuboklarda iştirakdan məhrum edilməsi təsdiqləndi.

Azərbaycan futbolu adına üzücü olaydı.

Tovuzlu fanatlara iki qat ağırdı.

İl boyu əziyyət çək, yağış, qar, boran demədən tribunada dəstək ol, istəyinə çat, amma sonda 7 il əvvəl olan hadisənin əziyyətini çək.

Ağırdı, çox ağır.

Fanatların emosional halda olub, məni də qınaması başadüşüləndir.

Amma peşəkarların bu yöndə yanaşması anlaşılmazdır.

Söhbət "Zirə"ni hədəfə gətirənlərdən gedir.

Sanki bu klub başqa ölkəni təmsil edir.

Sanki "Turan Tovuz"un önünü "qartallar" kəsib.

Çox absurd, mənasız, heç bir əsası olmayan iraddır.

"Zirə" UEFA-ya müdaxilə edəcək qədər gücə sahibdirsə, elə Premyer Liqada məsələni həll edə bilməzdi?

Və ya ölkə kobukunda uzun müddət hesabda öndə olduğu "Sabah"la matçda istəyinə çata bilməzdi?

Hardan baxsaq, iddia boş, çürük, mənasızdır.

Günah AFFA-da olub, klub məsuliyyətsizlik edib və ya başqa bir günahkar varsa, bunun "Zirə"yə heç bir dəxli yoxdur.

İşin ən dəqiq olan tərəfi budur.

5-ci pillədə "Sumqayıt", "Araz-Naxçıvan" da ola bilərdi.

Bəxt "Zirə"nin üzünə gülübsə, indiki halda bizə bu komandaya yalnız uğur arzulamaq düşər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti