“Zirə” afrikalı gənclə güclənə bilər.
2008 doğumlu Namaan Krismael Digbeu Fil Dişi Sahilindəndir.
O, bu gün “Qarabağ”la yoxlama görüşündə meydana çıxacaq.
Baş məşqçi Rəşad Sadıqov sınaq matçlarında iş başında görəcəyi Namaanla bağlı qərarını yekunda verəcək.
Ümidləri doğrultsa, onunla 3 illik müqavilə bağlanacaq.
Xatırlayırsız, “Zirə” ötən ilin yayında 18 yaşlı Abdul Aziz Batibieni heyətinə qatmışdı. Universallığı ilə seçilən futbolçu avqustda aldığı ağrı zədə üzündən mövsümü boşa vermişdi.
Maraq üçün bildirək ki, zirəlilər Konfrans Liqasının 1-ci mərhələsində Kutaisi “Torpedo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun iyulun 9-da Bakıda, cavab qarşılaşması bir həftə sonra Gürcüstanda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

