"Zirə" bu yay - Hara gedib, haradan gələcəklər?

00:50 Zirə 123
"Zirə" bu yay - Hara gedib, haradan gələcəklər?

Bakıda hazırlıq keçən “Zirə” iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu müddətdə 1 yoxlama oyunu keçirəcək Rəşad Sadıqovun komandası iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.

"Zirə" 25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək.

Komanda burada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində keçiriləcək. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcəyi bildirilib.

"Zirə" bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!