Konfrans Liqasında “Turan Tovuz”u əvəz edən “Zirə”də “yarpaq tökümü” yaşanır.
Mövsüm başa çatan kimi yeddi futbolçu ilə yollar ayrılıb.
Klubla müqaviləsi başa çatan Ceyhun Nuriyev, Stefan Aka, Leroy Mikels, Eldar Quliyev, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev yeni komanda axtarışına çıxıb.
Baş məşqçi Rəşad Sadıqov daha iki futbolçu ilə yolların ayrılmasında maraqlıdır.
Həmin oyunçularla müqavilə müddətinin davam etməsi vidalaşmanın qarşılıqlı razılıq əsasında olması önəm daşıyır.
Hər birinə yeni komanda tapmaq tövsiyə olunub.
Amma UEFA-dan gələn cavabdan sonra, yəni “Zirə”nin Konfrans Liqasında iyul 9-da ilk oyuna çıxması Sadıqovu düşünməyə vadar edir.
Qısa müddətdə yenilərlə razılıq əldə etmək mümkün olsa, iki nəfər göndəriləcək. Əks halda bir müddət gözləmək lazım gələcək.
HƏBİB / SPORTİNFO.AZ

