Yeni transfer “Qarabağ”ın oyununda - FOTO

21 İyun 18:35 Zirə 2 092
Yeni transfer “Qarabağ”ın oyununda - FOTO

“Zirə” yay fasiləsində növbəti transferini reallaşdırıb.

“Qartallar” Maykon Kleytonu heyətinə qatıb.

Braziliyalı qolkiper qəsəbə təmsilçisi ilə 2 illik sözləşməyə qol çəkib.

Kleyton rəsmi sənədə qol çəkəndən sonra Suraxanıya yola düşüb.

Yeni transfer agenti ilə birlikdə “Azersun Arena”da keçirilən “Qarabağ”la “Zirə” arasında yoxlama görüşünü canlı izləyib.

Maraq üçün bildirək ki, “qartallar” Kleytona qədər Amin Seydiyevi heyətinə qatmışdı.

HƏBİB / SPORTİNFO.AZ

zireden-ilk-legioner-transferi

Digər Xəbərlər
Xəbər Lenti