Bu gün yeni hücumçusunu tibbi müayinədən keçirəcək

31 Avqust 2023 15:40 Almaniya 1 431
Bu gün yeni hücumçusunu tibbi müayinədən keçirəcək

“Verder”in hücumçusu Niklas Follkruq “Borussiya”ya (Dortmund) keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Almaniyalı forvardın transferinin məbləği bonuslar əlavə edilməklə təxminən 13 milyon avro olacaq. Avqustun 31-də Follkruq “Borussiya”ya keçidini rəsmiləşdirmək üçün tibbi müayinədən keçməlidir.

30 yaşlı futbolçunun “Verder”lə 2025-ci ilin iyununa qədər müqaviləsi var.

Bu mövsüm Follkruq “Verder”də bütün yarışlarda üç oyun keçirərək, bir qol vurmağı bacarıb.

O, Almaniya millisinin heyətində 9 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti