
“AFFA İcraiyyə Komitəsinin növbəti qərarlarını səbirsizliklə gözləyirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Saatlı”nın prezidenti Ədalət Abdullayev deyib.
II Liqada mübarizə aparan aran klubunun rəhbəri bildirib ki, federasiyanın yeni rəhbərliyi kifayət qədər düzgün istiqamət seçib:
“Bu, mənim şəxsi qənaətimdir. Xatırlayırsızsa, sizin sayta verdiyim (15.05.2024) müsahibədə səsləndirdiyim təkliflərdən ikisi artıq qəbul olunub.
Bunu alqışlayıram. Yaradılması vacib olan ekosistem yaranmağa başlayıb. İdman prinsiplərinin qətiyyətlə qorunması liqaların ciddiyyətini futbolsevərlərin gözündə bir xeyli artırıb.
Bu tendensiya davam etdikcə, daha ciddi nəticələr əldə olunacaq. S
on iki mövsümdə "Şamaxı" və "Qəbələ" I Liqaya əlavə dəyər qatdılar, baxımlılığı artırdılar. Həm də rəqibləri üçün ciddi təcrübə qaynağı oldular.
Əslində, biz növbəti futbol "bum"unu yaşayırıq. Öncəkindən fərqli olaraq, budəfəki “bum” daha səliqəli və mütəşəkkil şəkildə cərəyan edir.
Kortəbiilik nəzərəçarpmayacaq səviyyədədir. Bu da uğura aparan yoldur”.