Liqada ilk dəfə bu rayonun komandası da çıxış edəcək - VİDEO

7 May 23:40 II Divizion 312
Liqada ilk dəfə bu rayonun komandası da çıxış edəcək - VİDEO

Azərbaycan 2-ci Liqasında 23-cü tura yekun vurulub.

1-ci Liqaya vəsiqə qazanan daha bir komanda bəlli olub.

"Şahdağ Qusar" və "Şəfa"nın ardınca "Şimal" da növbəti mövsümdə daha üst liqada iştirak etmək hüququ əldə edib.

Xaçmaz təmsilçisi 23-cü turda səfərdə "Lerik"i 4:2 hesabı ilə məğlub edib. "Şimal" mövsümün bitməsinə 3 tur qalmış 52 xal toplayıb 4-cü pillədə qərarlaşan "Hypers Quba"nı 10 xal qabaqlayır.

"Lerik" - "Şimal" 2:4
Qollar: Zaur Nuruzadə, 38 (p.); Rəvan Quluzadə, 56 // Elmar Yəhyabəyov, 1; Pirverdi Seyidov, 29, 90+4; Tural Cəlilov, 70
Lənkəran OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Hüseyn Əsgərov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Kənan Sadıxov, 59 (qeyri-idman hərəkəti) // Elvin Dəmirov, 16 (qeyriidman hərəkəti); Əmrah Məmmədli, 37 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Lerik”: 1. Cavidan İzzətli 42. Valid Yusubzadə (k) 25. Mehman İbadov 90. Zaur Nuruzadə 5. Kənan Sadıxov 14. Murad Əliyev (23. Cavid Məmmədov, 62) 10. Rəvan Quluzadə 8. Zeynal Axundzadə 16. Rəşad Zeynallı 9. Ramiz Bağırov 24. Hüseyn Əkbərli (17. Fahil Dostiyev, 46)
Ehtiyat oyunçular: 7. Penci Ağazadə 3. Mirvaleh Hüseynov 2. Yusif Baxşıyev
Baş məşqçi: Vidadi Hüseynov

“Şimal”: 36. Əmrah Məmmədli 18. Tural Cəlilov (k) 10. Elmar Yəhyabəyov (23. İsa Cəbiyev, 84) 5. İqrar Səmədov 9. Şahlar Sədiyev (20. Valeh Seyidov, 76) 14. Sabir Əlişan 26. Elvin Dəmirov 16. Amil Məmmədov (17. Cavad Hacıyev, 60) 44. Tofiq Nəsibov 8. Pirverdi Seyidov 77. Ceyhun Kəlbəliyev (13. Qeybulla Kaçayev, 84)
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli 4. Ülvi Zeynalov
Məşqçi: Fazil Salahov

Digər Xəbərlər
Xəbər Lenti