“Hypers”, “Şimal” və “Lerik” qazandı, “Dinamo” yenildi - VİDEOLAR

7 May 22:40 II Divizion 512
“Hypers”, “Şimal” və “Lerik” qazandı, “Dinamo” yenildi
 - VİDEOLAR

Bu gün II Liqada 24-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə 4 qarşılaşma keçirilib.

Turnir cədvəlində dördüncü yer tutmaq istəyən “Hypers” İmişlidə “Kür-Araz”ın qonağı olub və qələbə qazanıb.

“Dinamo” Binədə “Göygöl”ə uduzub. “Araz-Saatlı” doğma rayonda “Lerik”lə bacamayıb.

“Şimal” isə Siyəzəndə “Şəki Siti”ni darmadağın edib.

“Araz Saatlı” – “Lerik” 0:1

Qol: Z.Nuruzadə, 50

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Saatlı OİK stadionu, 17:00

“Şimal” – “Sheki City” 3:0

Qollar: V.Seyidov, 13; P.Seyidov, 29; P.Seyidov, 88

Hakimlər: Sənan Bayramzadə, Samir Qaracayev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Siyəzən şəhər stadionu, 17:00

“Kür-Araz” – “Hypers Guba” 1:2

Qollar: İ.Hüseynli, 30 – H.Novruzov, 27; C.İmamverdiyev, 42

Hakimlər: İslam Məmmədov, Anar Bədəlov, Aydın Bəxşiyev, Rasim Musayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00

“Dinamo” – “Göygöl” 0:1

Qol: E.Rəhimov, 14

Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Niyaz Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu, 17:00

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!