Bahalı futbolçuların solğun komandası gözləntiləri vermədi - VİDEO

5 May 23:40 II Divizion 103
Bahalı futbolçuların solğun komandası gözləntiləri vermədi - VİDEO

II Liqada 24-cü tura start verilib.

Çempionatın lideri "Şahdağ" Bakıda ən yaxın izləyicisi "Şəfa"nın qonağı olub.

Paytaxt təmsilçisi öz meydanında qalib gəlsəydi, turnir cədvəlində zirvəyə yüksələcəkdi.

Elgiz Kərəmlini qış fasiləsində görəvə gətirən, bahalı transfer bazarlığı həyata keçirən və zəif rəqiblərini bir-birinin ardınca məğlubiyyətə uğradan «Şəfa»nın Qusar komandasından ilk dövrədəki 1:7 hesablı darmadağının revanşını alacağı gözlənilirdi.

Heç olmasa, 1:0 hesabıyla. Əlbəttə, bu da «Şahdağ»la yerdəyişmə etmək üçün kifayət edəcəkdi, amma…

Ev sahibləri çox zəif təsir bağışladı. Qonaqlar üzərində üstünlük qura bilmədilər. Onlarda heç nə alınmadı. Nə Emin Zamanov, nə də Amil Yunanov gözə dəydi.

Sanki ayda 4000-5000 manat maaş alan onlar deyildi. Liderlərinin ortalıqda yox olması «Şəfa»nı bərbad göstərdi. Kərəmli gedişata gec müdaxilə etdi: yalnız 60-cı dəqiqədən sonra istiqaməti dəyişməyə çalışdı.

Halbuki o, hələ ilk hissə bitməmiş düşünməli idi ki, fasilədə əvəzləmələrə əl atmalıdır.

«Şahdağ» meydanın hər qarışı uğrunda döyüşdü. Elnur Abdullayev komandasından sırf qol tələb etmirdi.

Qusarlıların çalışdırıcısı müdafiəyə diqqət ayırmağı tapşırmışdı, sadəcə, qapının ağzında «avtobus parkı» qurmamışdı. O, rəqibi ikinci zonada qarşılamağı istəmişdi.

Bu taktiki variant tutdu, «Şəfa» onların cərimə meydançasına daxil olmağın yolunu tapa bilmədi.

«Şahdağ»ın hesabı açmaq üçün ən azı üç imkanı oldu. Əli Həsənli «Şəfa»nı xilasından ötrü bir neçə seyv etməli oldu.

Bu qapıçı Premyer Liqada da özünü göstərə bilər: topa reaksiyası Mehdi Cənnətovdan yaxşıdır.

Əli Həsənli komanda yoldaşlarından fərqlənməsəydi, qonaqlar 2-3 top fərqiylə qalib gələcəkdi.

Xallarını 68-ə yüklsəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 65 xalı olan "Şəfa" isə 2-ci yerdədir.

SPORTİNFO.AZ

"Şəfa" - "Şahdağ Qusar" 0:0

“ASK Arena”. 4500 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Sənan Atayev
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Novruz Məmmədov, 62 (qeyri-idman hərəkəti); Emin Zamanov, 87 (qeyri-idman hərəkəti); Tərlan Quliyev, 90 (qeyri-idman hərəkəti); Elməddin Hüseynzadə, 90+2 (qeyri-idman hərəkəti) // Rubin Seyidov, 89 (qeyri-idman hərəkəti); Kənan Mirzəliyev, 90+3(qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

“Şəfa”
13. Əli Həsənli
21. Novruz Məmmədov (k)
33. Tərlan Quliyev
88. Aqşin Paşayev
(23. Comərd Baxşəliyev, 83)
9. Amil Yunanov
77. İbrahim Aslanlı
(3. Bəxtiyar Soltanov, 61)
42. Elnur Cəfərov
10. Emin Zamanov
70. Ruslan Hacıyev
(32. Elməddin Hüseynzadə, 68)
19. Əsgər Hüseynov
(7. Elvin Nəsibov, 68)
80. Zahid Mərdanov
Ehtiyat oyunçular:
1. Vaqif Şirinbəyov
12. Rafiq Həsənov
22. Tural Nərimanov
6. Ceyhun Cavadov
28. Ülvi Quliyev
27. Gülalı Mehrəliyev
20. Rauf Məhərrəmov
4. Samir Ağayev
Baş məşqçi: Elgiz Kərəmli

“Şahdağ Qusar”
12. Rafiq Kərimov
15. Nodar Məmmədov
14. Rahid Əmirquliyev (k)
19. İlyas Səfərzadə
(70. Samir Qurbanov, 83)
6. Vüsal Hüseynov
17. Emin Quliyev
(21. Ruslan Ağalarov, 61)
9. Famil Camalov
(86. Xəqani Sadıxov, 83)
4. Rubin Seyidov
29. Elşən Veysov
77. Ədilxan Qarəhmədov
(97. Kənan Mirzəliyev, 76)
55. Firuz Əhmədov
(27. Kamran Qürbətov, 61)
Ehtiyat oyunçular:
1. Elmar Seyidov
99. Elmar Əzizov
11. Tural Qurbatov
7. Salman Atluxanov
10. Mehman Məsimov
71. Cavid Quliyev
38. Mehdi Əliyev
Məşqçi: Elnur Abdullayev

Digər Xəbərlər
Xəbər Lenti
5 May 02:50 Coşqun az vaxt aldı