
“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli Azərbaycan 2-ci Liqasının 24-cü turu çərçivəsində “Şahdağ”la oyun (0:0) haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında heç-heçəni belə şərh edib:
“Hər iki klubun azarkeşlərinə təşəkkür edirəm, belə möhtəşəm ab-hava yaratmışdılar. Oyunu qazanmalı olduğumuzu bilirdik, lakin alınmadı və üzgünük.
Futbolçularıma təşəkkür edirəm, yaxşı mübarizə apardılar. Güclü rəqibi yenmək asan iş deyildi, alınmadı.
Belə atmosfer olacağını əvvəldən bilirdik. Çox azarkeşsiz stadionda oynamışıq.
Çempionluq hələ itməyib və qarşıda hələ iki oyun var. Növbəti mövsümdə çempionluğa oynayacağıq.
Komandanı gücləndirəcəyik. Əsas məqsəd çempionluqdur”.