“Şəfa” yenə “Şahdağ”ın altında qaldı - Turnir cədvəlində

18:10 II Divizion 241
“Şəfa” yenə “Şahdağ”ın altında qaldı - Turnir cədvəlində

Bu gün II Liqada 24-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Turun mərkəzi qarşılaşmasında "Şəfa" Bakıda lider "Şahdağ Qusar"ı qəbul edib.

Çempionluq əhəmiyyətli bu görüşü “ASK Arena"da minlərlə azarkeş izləyib. Onların sırasında Qusardan gələnlərin çoxluğu diqqət çəkib.

Matç isə 0:0 hesabı ilə yekunlaşıb və mövsümün sonuna 2 tur qalmış bu iki komanda arasında xal fərqi yenə 3 olaraq qalıb.

Hazırda 24 oyunda 68 xalı olan “Şahdağ Qusar” 1-ci, “Şəfa” 65 xalla 2-cidir.

Bu iki komanda I Liqaya vəsiqəni artıq təmin ediblər.

“Şəfa” – “Şahdağ Qusar” 0:0
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Sənan Atayev, Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“ASK Arena”, 16:00

Digər Xəbərlər
Xəbər Lenti