Azərbaycanda futbolçular öz aralarında pul topladı, avtobus karvanı təşkil olundu

12:20 II Divizion 491
Azərbaycanda futbolçular öz aralarında pul topladı, avtobus karvanı təşkil olundu

Bu gün II Liqada 24-cü tura start veriləcək.

İlk oyun günündə bir görüş keçiriləcək.

Turun mərkəzi qarşılaşmasında "Şəfa" Bakıda "Şahdağ Qusar"ı qəbul edəcək.

Oyun saat 16:00-da start götürəcək.

Bu, I Liqaya vəsiqəni təmin etmiş komandalar üçün çempionluq yolunda vacib matçdır. Mövsümün sonuna 3 tur qalmış "Şahdağ" 67 xalla lider, "Şəfa" isə 64 xalla 2-cidir.

Qusar təmsilçisi səfər matçına hərtərəfli hazırlıq görüb. Bir qədər sonra rayondan paytaxta avtobus karvanı yola düşəcək.

Yerli İcra Hakimiyyətinin də iştirakıyla iritutumlu nəqliyyat vasitələri səfər üçün qeydiyyata alınıb. Təqribən 30 avtobus bu məqsədlə nəzərdə tutulub.

"Şahdağ"ın futbolçuları da qusarlı fanatların stadiona gəlməsi üçün iş görüb. Onlar öz aralarında pul toplayaraq, "Şəfa"nın 10 manata satdığı biletləri alıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti