Böyük pullar xərcləyən klub 10 manatla şəfa tapacaq? - VİDEO

3 May 14:00 II Divizion 599
Böyük pullar xərcləyən klub 10 manatla şəfa tapacaq? - VİDEO

“Şəfa” - “Şahdağ”la çempionluq matçı, İkinci liqa və 10 manat.

Qusarlı azarkeşlər etiraz edirlər. 10 manatın biletə verilməsinin belə bir məqamda qəbuledilməz olduğunu deyirlər.

Əslində, haqlıdılar. Premyer Liqada azarkeşləri tribunaya cəlb etməyə çətinlik çəkirik.

Bu fonda İkinci Liqada bir matça biletin 10 manata satılmasında şübhəli məqamlar var.

Təbii ki, çempionluq matçıdır. “Şəfa” qusarlı azarkeşlərin daha çox olmasından ehtiyat edərək, belə addımlar atır.

Amma nəzərə alaq ki, bura Azərbaycandır. Düzgün yanaşma deyil.

Əgər rəqibindən güclüsənsə, azarkeş faktoru sənə elə də mane olmamalıdır. Deməli, “Şəfa” futbol olaraq da “Şahdağ”dan ehtiyat edir”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə canlı yayım zamanı “Şahdağ” azarkeşlərinin “Şəfa” ilə matçöncəsi meydan sahiblərinin biletin qiymətinin qaldırmasına dair yazdıqları etiraz rəylərini oxuyub, mövzu ətrafında fikirlər səsləndiriblər.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti