“Şəmkir” və digər komandalar nöqsana yol verdi

08:20 II Divizion 194
“Şəmkir” və digər komandalar nöqsana yol verdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, İkinci Liqadakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

29.04.2025-ci il tarixində II Liqada XXIII turun “Sheki City” – “Kür-Araz” oyununun 81-ci dəqiqəsində “Kür-Araz” klubunun 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

29.04.2025-ci il tarixində II Liqada XXIII turun “Sheki City” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” komandası 100 manat cərimə edilsin (maddə 72.4);

30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Göygöl” – “Qusar” oyunu “Qusar” komandasının görüşə gec gəlməsi səbəbindən gec başladığı üçün “Qusar” komandası 150 manat cərimə edilsin (maddə 61.3);

30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Göygöl” – “Qusar” oyununun 90-cı dəqiqəsində “Qusar” komandasının 21 nömrəli futbolçusu Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Qusar” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Hypers Guba” – “Dinamo” oyununda “Hypers Guba” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilsin (maddə 37);

30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyununun 71-ci dəqiqəsində “Araz Saatlı” komandasının 44 nömrəli futbolçusu Ramiz Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz Saatlı” komandası 100 manat cərimə edilsin (maddə 41);

30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Şəmkir” komandası 100 manat cərimə edilsin (maddə 72.4);

30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

Digər Xəbərlər
Xəbər Lenti