Klub rəhbəri AFFA-da qapalı görüşün təfərrüatlarını “Sportinfo TV”yə açıqladı - VİDEO

2 May 18:00 II Divizion 465
Klub rəhbəri AFFA-da qapalı görüşün təfərrüatlarını “Sportinfo TV”yə açıqladı - VİDEO

AFFA-nın baş katibi Cahangir Fərəcullayev növbəti görüşünü keçirib.

O, federasiyanın inxzibati binasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidovla bir araya gəlib.

Tərəflər 2 saata yaxın vaxt ərzində klub və uşaq futbolu ətrafında geniş müzakirələr aparıblar.

II Liqada mübarizə aparan «Dinamo»nun rəhbəri ona gördükləri işlər barədə geniş məlumat verib, həyata keçirmək istədikləri yeni planlarla tanış edib.

Seyidov «Dinamo» ilə yanaşı, İsgəndər Cavadov adına Futbol Akademiyasının (İCBFA) fəaliyyətinjən söz açıb, üzləşdikləri problemləri nəzərə çatdırıb.

C.Fərəcullayev də öz növbəsində uşaq, yeniyetmə və gəncləri sağlam həyata həvəsləndirən, bu istiqamətdə mühüm layihələr həyata keçirən «Dinamo» ilə İCBFA-nı təqdir edib, onlarla bağlı məsələləri diqqət mərkəzində saxlayacaqlarını söyləyib.

Yaşar Seyidov bu görüşlə bağlı «Sportinfo TV»yə açıqlama verib.

O, AFFA-nın baş katibi ilə apardığı danışıqların kifayət qədər səmərəli alındığını bildirib.

Təcrübəli klub funksioneri Cahangir Fərəcullayevi xoşniyyətli insan kimi xarakterizə edib, görüşdən müsbət əhval-ruhiyyə və böyük ümidlərlə ayrıldığını söyləyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti