
«Xəzər Lənkəran»ın yetirməsi Elnur Cəfərov super qolla II Liqaya öz damağısını vurub.
Bu ildən «Şəfa»nın formasını geyinməyə başlayan yarımmüdafiəçi 22-ci turun «Göygöl» ilə ev matçında Lionel Messini yada salıb.
Cənublu oyunçu 77-ci dəqiqədə rəqibdən 5-6 nəfəri qabağına qataraq, qapının uzaq küncünə dəqiq zərbə endirib.
Bu, «Şəfa»ya atıncı və sonuncu qolu vurub. Paytaxt təmsilçisinin heyətində Elməddin Hüseynzadə və Elvin Nəsibov dubla imza atıb.
Hesabdan göründüyü kimi, oyun bir qapı ağzında keçib. Bu, həqiqətdə də belədir.
«Göygöl» ev sahiblərinin qapısına yaxınlaşa bilməyib. Top ayaqlarına az-az dəyib.
«Şəfa» isə əksər hallarda cərimə zərbələrindən sonra fərqlənib.
SPORTİNFO.AZ
“Şəfa” – “Göygöl” 6:0
Qollar: Elməddin Hüseynzadə, 9, 55; Elvin Nəsibov, 22, 35; Comərd Baxşəliyev, 68; Elnur Cəfərov, 77
“ASK Arena”. 100 tamaşaçı
Baş hakim: Alik Yunusov
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Sevda Nuriyeva
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Sənan Həsənov, 7 (qeyri-idman hərəkəti); Cavanşir Cavanşirov, 55 (hakimin qərarına etiraz) Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - yoxdur.
“Şəfa”: 1. Vaqif Şirinbəyov (k) 3. Bəxtiyar Soltanov (20. Rauf Məhərrəmov, 61) 33. Tərlan Quliyev (21. Novruz Məmmədov, 71) 88. Aqşin Paşayev (6. Ceyhun Cavadov, 71) 32. Elməddin Hüseynzadə 7. Elvin Nəsibov 42. Elnur Cəfərov 10. Emin Zamanov 70. Ruslan Hacıyev (9. Amil Yunanov, 46) 80. Zahid Mərdanov (23. Comərd Baxşəliyev, 46) 4. Samir Ağayev
Ehtiyat oyunçular: 12. Rafiq Həsənov 22. Tural Nərimanov 28. Ülvi Quliyev 77. İbrahim Aslanlı 19. Əsgər Hüseynov 27. Gülalı Mehrəliyev 2. Ratmir Kavtunov
Baş məşqçi: Elgiz Kərəmli
“Göygöl”: 13. Novruz Rəhimov 14. Ülvi Cəlilov (k) 10. Elcan Rəhimov (9. Zahid Sadıxov, 61) 6. Kamal Həsən-pur (66. Dursun Məmmədov, 71) 11. İntiqam Tağıyev 97. Cavanşir Cavanşirov 3. İsmayıl Məmmədov (15. Surac Nəcəfov, 71) 55. Sənan Həsənov 17. Çingiz Məmmədov (44. Elxan Əzizov, 61) 4. Kərəm Əhmədli 8. Seymur Fərəci
Ehtiyat oyunçular:
Məşqçi: Bilal Mehdiyev