Yeni baş məşqçinin də “torba”sı tikilir? - VİDEO

24 Aprel 09:40 II Divizion 1 394
Yeni baş məşqçinin də “torba”sı tikilir? - VİDEO

II Liqada debüt mövsümünü keçirən «Şimal» üçüncü yerə iddiasını təmin etməkdədir.

Xaçmaz komandası 21-ci turu 3 xalla başa vurub.

Saatlıda «Araz»ın qonağı olan şimallılar bir-birindən maraqlı 4 qolla qələbə istəyinə çatıb. Onların heyətində Pərviz Azadov hesabı erkən açıb.

«Şamaxı»nın sabiq yarımmüdafiəçisi 4-cü dəqiqədə topla reyd eləyərək, tora yol tapıb. Elnur Səmədov 28-ci dəqiqədə ev sahiblərinin bərabərlik qolunu vursa da, «Şimal» fasiləyədək daha 3 dəfə fərqlənməyə fürsət tapıb.

İkinci hissədə qol epizodlarının sayı az olmayıb. «Araz»ın qapıçısı Teymur Hüseynov rəqibin bir neçə cəhdinin qarşısını təkbaşına kəsib.

Adıçəkilən kiperin inamlı çıxışı yerli futbolçuları hərəkətə gətirməyib. Müdafiə zonasında anarxiya davam edib.

İşdir, «Şimal»ın hücumçuları 2-3 epizodda boş qapını dəqiq nişan alsaydı, hesab daha biabırçı olacaqdı.

«Araz»ın oyunu narahatedicidir. Deyəsən, komanda üzvləri yeni baş məşqçi Asim İbrahimova hələ isnişməyib.

Yaxud onlar arasında artıq hansısa problem yaranıb. Elə bil, uduzmaqdan ötrü ürəkləri sinov gedir.

SPORTİNFO.AZ

“Araz Saatlı” - “Şimal” 1:4
Qollar:
Elnur Səmədov, 28 // Pərviz Azadov, 4; Tofiq Nəsibov, 38; Valeh Əzizli, 40 (ö.q.); Ceyhun Kəlbəliyev, 44
Saatlı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Həmzə Əliyev, 35 (qeyri-idman hərəkəti); Loğman Əliyev, 52 (qeyri-idman hərəkəti); Ramiz Qasımov, 56 (qeyri-idman hərəkəti) // Elmar Yəhyabəyov, 2 (qeyri-idman hərəkəti); Elvin Dəmirov, 22 (qeyri-idman hərəkəti); Said Əliyev, 78 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.
“Araz Saatlı”: 12. Teymur Hüseynov 7. Elnur Səmədov 19. Rəsul İbrahimov (k) 10. Hacı Rüstəmov 6. Həmzə Əliyev (14. Sənan Nərimanlı, 84) 44. Ramiz Qasımov 4. Loğman Əliyev 22. Romal Şərifov 5. Valeh Əzizli 29. Qərib Rzayev 20. Məhərrəm Əlizadə
Ehtiyat oyunçular: 1. Maximilian Şilder 11. Zaur Fərzəliyev 66. Eldəniz Hüseynov 49. Ceyhun Həsənli 27. Şövqi Seyfullazadə 24. Nahid İsmayıllı
Baş məşqçi: Asim İbrahimov

“Şimal”: 36. Əmrah Məmmədli 18. Tural Cəlilov (k) 10. Elmar Yəhyabəyov (11. Mirzə Bayrampur, 85) 5. İqrar Səmədov 17. Cavad Hacıyev (16. Amil Məmmədov, 64) 26. Elvin Dəmirov 27. Pərviz Azadov 44. Tofiq Nəsibov (20. Valeh Seyidov, 73) 2. Said Əliyev 8. Pirverdi Seyidov 77. Ceyhun Kəlbəliyev (23. İsa Cəbiyev, 73)
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli 13. Qeybulla Kaçayev 4. Ülvi Zeynalov
Baş məşqçi: Rəcəb Mahmudov

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!