AFFA II Liqa klubu üçün... “Şimal”dan FOTOLAR

23 Aprel 2025 08:30 II Divizion 1 045
AFFA II Liqa klubu üçün... “Şimal”dan FOTOLAR

AFFA Hakimlər Komitəsi II Liqada çıxış edən “Şimal” klubunun məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

Sportinfo.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA