Prezident vəzifəsindən uzaqlaşdırıldı, klubda yoxlamalar başladı - SON DƏQİQƏ

20 Aprel 2025 09:50 II Divizion 2 868
Prezident vəzifəsindən uzaqlaşdırıldı, klubda yoxlamalar başladı - SON DƏQİQƏ

II Liqada mübarizə aparan «Şahdağ»da gözlənilməz hadisələr baş verməkdədir.

Qusar klubunun rəhbərliyində dəyişiklik edilib.

Vüqar Məmmədov prezident postundan uzaqlaşdırılıb. Eyni zamanda sponsor şirkət tərəfindən burada maliyyə yoxlamasına start verilib.

Qarşıdakı günlərdə daha 1-2 funksionerin iş yerindən kənarlaşdırılması gözlənilir.

«Şahdağ» hazırda çempionatın lideridir. Şimal təmsilçisi 20 tura 61 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Komanda artıq I Liqaya vəsiqəni özü üçün təmin eləyib. Son 5 turun nəticəsindən asılı olmayaraq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!