“Şəmkir”, “Haypers” və “Lerik”dən qalibiyyət - VİDEOLAR

12 Mart 22:40 II Divizion 525
“Şəmkir”, “Haypers” və “Lerik”dən qalibiyyət - VİDEOLAR

Bu gün II Liqada 16-cı tur yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə 4 matç nəzərdə tutulub.

"Qusar" "Kür-Araz"ı, "Ağdaş” “Şəmkir"i qəbul edib. "Lerik" "Göygöl"ün, "Şəki Siti" isə "Haypers"nın qonağı olub.

“Şəmkir”lə “Lerik” səfərdən 3 xalla dönüb. Quba komandası qələbə istəyinə çatıbsa, “Qusar” heç-heçə ilə kifayətlənib.

“Qusar” – “Kür-Araz” 3:3

Qollar: Eşqin Tağıyev, 3, Orxan Qurbanlı, 21, Mirmehdi Rzayev, 32 – Elxan Məmmədov, 37, 75 - pen.; Ramazan Abbasov, 60
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Neftçi Futbol Mərkəzi” (IV meydança), 13:00

“Ağdaş” – “Şəmkir” 0:1

Qol: Akif Tağıyev, 47
Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Niyaz Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Ağdaş şəhər stadionu, 15:00

“Göygöl” – “Lerik” 1:4

Qollar: Zahid Sadıxov, 73 – Ramiz Bağırov, 8, Rəvan Quluzadə, 43, Zaur Nuruzadə, 56, 82
Hakimlər: Rəsul Babayev, Zakir Şükürzadə, Orxan İbişov, Sənan Bayramzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Göygöl OİK stadionu, 15:00

“Hypers Guba” – “Sheki City” 2:1

Qollar: Ağabəkir Həşimli, 20, 47 – Tural Məmmədzadə, 53
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Samir Qaracayev, Nazim Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu, 15:00

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas