Rayon klubu yeni baş məşqçisini “Sabah”da tapdı - O da ayrıldı

22 Fevral 2025 17:40 II Divizion 2 812
Rayon klubu yeni baş məşqçisini “Sabah”da tapdı - O da ayrıldı

II Liqada debüt mövsümünü keçirən «Hypers»in yeni baş məşqçisi müəyyənləşib.

Quba təmsilçisini mövsümün ikinci yarısında Elvin Həsənov çalışdıracaq.

Bura qədər «Sabah»ın U-16 komandasının sükanı arxasında dayanmış mütəxəssislə 5 ay+1 illik müqavilə imzalanıb.

Onun əsas köməkçisi isə Cavid İmamverdiyev olacaq. «Neftçi»nin yetirməsi olan yarımmüdafiəçi oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

Elvin Həsənov və Cavid İmamverdiyev başqa bir qərar də verib - birgə çalışdıqları «Sabah»dan ayrılıblar.

Çempionatın geridə qalan hissəsində 14 qola imza atan İmamverdiyev artıq bütün fikrini «Hypers»ə vermək üçün əsas iş yerini tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti