Azərbaycanda MARAQI OLAY - Futbolçu atasının rəhbərinin olduğu klubu dostlarına dəyişdi

18 Fevral 2025 09:40 II Divizion 2 093
Azərbaycanda MARAQI OLAY - Futbolçu atasının rəhbərinin olduğu klubu dostlarına dəyişdi

II Liqada yarışan «Dinamo»da gözlənilməz ayrılıq baş verib.

Valeh Seyidov bombardiri olduğu komandadan ayrılıb.

Vaxtilə Portuqaliyada legioner həyatı yaşamış hücumçu bundan sonra «Şimal»ın uğurları üçün çalışacaq.

İllər öncə Azərbaycanın ən istedadlı gənclərindən hesab olunan forvard Xaçmaz təmsilçisi ilə 4 aylıq müqavilə imzalayıb.

Çempionatın geridə qalan hissəsində 7 qol vuran Valehin «Şimal»ın yolunu tutması təsadüfi deyil. Çünki onun özü də əslən bu rayondandır.

Xaçmazın Bostançı kəndindən olan hücumçunun yaxın dostları da klubun rəhbərliyində yer alıb.

Odur ki, o, atası Yaşar Seyidovun İdarə Heyətinin sədri olduğu «Dinamo»nu tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!