Daxili İşlər Nazirliyinin klubu 7 transfer etdi

14 Fevral 2025 09:40 II Divizion 1 995
Daxili İşlər Nazirliyinin klubu 7 transfer etdi

II Liqada mübarizə aparan «Dinamo» heyətini gücləndirib.

Çempionatda üçüncü dövrəyə hazırlıq görən «polislər» düşərgəsinə birdən-birə 7 oyunçu qatıb.

«Şamaxı»dan Həsənəli Rəhimov, «Səbail»dən İkram Həmidli və «Hypers Quba»dan Nail Təhməzli komandanın sıralarına qoşulub.

Daxili İşlər Nazirliyinin klubu həmçinin Xəyal Qocayev,.Amil Nurəhmədov, Fərid Əhmədov və Orxan Novruzovla müqavilə imzalayıb.

«Dinamo» 13 tura 19 xal toplayıb. Yaşar Seyidovun başında dayandığı kollektiv 14 iştirakçı arasında 8-ci pillədə yer alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti