COP29

Qonşu rayon derbisində vurulan qollar və bir təpik - VİDEO+FOTOREPORTAJ

27 Dekabr 2024 23:40 II Divizion 503
Qonşu rayon derbisində vurulan qollar və bir təpik - VİDEO+FOTOREPORTAJ

II Liqada 13-cu turun maraqla gözlənilən oyunlarından biri Siyəzəndə keçirilib.

"Şimal"la "Haypers"şi şimal derbisində üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Hər iki tərəf ilk dəqiqələrdən açıq futbola üstünlük verib.

Quba təmsilçisi ard-arda iki təhlükəli epizod yaradıb. Hesabı isə nominal ev sahibləri açıb.

Xaçmaz komandasından Pərviz Azadov 23-cü dəqiqədə yaxın məsafədən fərqənib. Beş dəqiqə sonra qonaqlar Nicat Abbasovla baxımlı qol vurub.

Fasiləyə az qalmış isə Pərviz yenidən səhnəyə çıxıb. Vaxtilə Premyer Liqada «Şamaxı» və «Zirə»nin formasını geyinmiş yarımmüdafiəçi cərimə meydançasında iki müdafiəçini aldadaraq, gözəl qola imza atıb.

Yekun nöqtə 77-ci dəqiqədə qoyulub. Cavid İmamverdiyev çətin vəziyyətdə olsa da, baş zərbəsini qapının uzaq küncünə fırladaraq, status-kvonu yenidən bərpa edib.

«Şimal» 84-cü dəqiqədə azlıqda qalıb. Elşən Veysovun sinəsinə təpik atan Elmar Yəhyabəyov baş hakim Səbuhi Bayramov tərəfindən qırmızı vərəqə alıb.

Bu bölüm «Hypers»in işinə yaraya bilərdi: əgər əlverişli epizodda bir az tələskənlik nümayiş etdirməsəydilər.

Xallarını 31-ə yüksəldən "Şimal" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 25 xalı olan "Haypers Quba" isə 4-cü yerdədir.

SPORTİNFO.AZ

"Şimal" - "Haypers Quba" 2:2

Qollar: Pərviz Azadov, 26, 45 // Nicat Abbasov, 28; Cavid İmamverdiyev, 78

Siyəzən şəhər stadionu. 100 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Zakir Şükürzadə
Dördüncü hakim: Rasim Musayev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: İqrar Səmədov, 8 (qeyri-idman hərəkəti); Cavad Hacıyev, 90+2 (hakimin qərarına etiraz) // Hakan Həsənov, 33 (qeyri-idman hərəkəti); Nurlan Novruzov, 78 (qeyriidman hərəkəti)
Qırmızı vərəqə: Elmar Yəhyabəyov, 84 (ciddi qayda pozuntusu)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.

“Şimal”
12. Ağaseyid Qasımov
18. Tural Cəlilov (k)
10. Elmar Yəhyabəyov
5. İqrar Səmədov
17. Cavad Hacıyev
14. Sabir Əlişan
16. Amil Məmmədov
27. Pərviz Azadov
44. Tofiq Nəsibov
8. Pirverdi Seyidov
(13. Qeybulla Kaçayev, 90+1)
77. Ceyhun Kəlbəliyev
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
7. Emin Əskərov
9. Şahlar Sədiyev
4. Ülvi Zeynalov
6. Məhəmməd Ağayev
11. Mirzə Bayrampur
15. Elmar Babayev
25. Tərlan Vəlimətov
19. Şükür Ağabəyov
22. İbrahim İmamhüseynov
Baş məşqçi: Rəcəb Mahmudov

“Hypers Guba”
98. Elxan Qasımov
55. Qeyrət Əliyev
10. Cavid İmamverdiyev (k)
5. Ramil Əhmədov
19. Nurlan Novruzov
14. İlqar Ələkbərov
11. Nicat Abbasov
(9. Ravil Yusifli, 46)
25. Baxşəli Baxşəliyev
7. Elşən Veysov
8. Hüseyn Mənəfli
(44. Rəhim Cəfərov, 56)
99. Hakan Həsənov
(16. Sirac Məmmədli, 66)
Ehtiyat oyunçular:
35. Fərman Bayramov
17. Nail Təhməzli
13. Məqsum Qənbərli
49. Valeh Məmmədov

Baş məşqçi: Kamran İsmayılov

\

Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...