II Liqada 12-ci turun ən maraqlı matçlarından biri Lənkəranda keçirilib.
«Lerik»in «Saatlı-Araz»lad ueli açıq mübarizəyə səhnə olub.
Qapılar ağzında yaradılan qol epizlodlarının sayı 10-u ötüb. Hesabı 9-cu dəqiqədə nominal ev sahibləri açıb. Valid Yusubzadə penaltidən fərqlənib.
Bu epizoda görə Murad Səlimovu qınamaq olar. Referi qonaqların qapısına çox ucuz penalti təyin etdi.
Əgər hər toxunuşa görə belə sərt qərar veriləcəksə, II Liqada mövsümü başa çatdırmaq mümkün olmayacaq.
«Araz» 11-ci dəqiqədə Elariz Xəlilli ilə hesabı 1:1 etdi. Saatlılı hücumçu müdafiəçilərin arxasına sıçrayaraq, toru silkələdi.
40-cı dəqiqədə isə Xəyal Bədirov cərimə zərbəsindən havalandırılan topu başla qapıya yönəldib.
Fasilədən sonra yalnız bir qol vurulub. Uzun ötürməni qəbul edən Elariz qapıçı Hafiz Məmmədlini geridə qoyaraq, başını «işə salıb». O, son anda qarın nahiyəsindən zərbə alıb.
Buna qədər isə meydanda bir sıra maraqlı, eyni zamanda, qalmaqallı anlar yaşanıb. «Lerik»dən Elvin Cahangirli 78-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
Lerikli yarımmüdafiəçi rəqibin pleymekeri Rəsul İbrahimovla ikili mübarizədə kobudluğa yol verib, Ardınca üstünə gələn Rəsula kəllə atıb və onu yerə sərib.
«Lerik» məğlubiyyətlə üzləşsə də, mövsüm ərzində ən yaxşı oyununu keçirdiyini deməliyik.
Qapıçı Teymur Hüseynov və dirəklər cənub təmsilçisinin fərqlənməsinə dəfələrlə mane oldu. Onlarda hər şey alınırdı, sadəcə, yekun nöqtəni qoymaqdan başqa.
SPORTİNFO.AZ
"Lerik" - "saatlı-Araz" 1:3
Qollar: Valid Yusubzadə, 9 (p.) // Elariz Xəlilli, 11, 80; Xəyal Bədirov, 40
Lənkəran OİK stadionu. 70 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Rasim Musayev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Kənan Sadıxov, 24 (qeyri-idman hərəkəti) // Cavid Əliyev, 19 (qeyriidman hərəkəti); Qurban Hüseynov, 58 (qeyri-idman hərəkəti); Rəsul İbrahimov, 76 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Elvin Cahangirli, 76 (təcavüzkar davranış)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Lerik”
12. Hafiz Məmmədli
19. Feyruz Bağıyev
17. Fahil Dostiyev
42. Valid Yusubzadə (k)
5. Kənan Sadıxov
(10. Nurlan Əmirzadə, 75)
9. Vidadi Fərzullazadə
(14. Murad Əliyev, 40)
20. Elvin Cahangirli
7. Penci Ağazadə
4. Mircavad Ağazadə
3. Mirvaleh Hüseynov
8. Zeynal Axundzadə
Ehtiyat oyunçular:
2. Baləsən Həsənov
24. Yusif Yusifzadə
Baş məşqçi: Vidadi Hüseynov
“Saatlı-Araz”
12. Teymur Hüseynov
19. Rəsul İbrahimov
7. Xəyal Bədirov (k)
5. Qurban Hüseynov
15. Cavid Əliyev
(49. Pərviz Eyvazov, 90+
8. Ramin Süleymanov
17. Elariz Xəlilli
6. Həmzə Əliyev
44. Ramiz Qasımov
4. Loğman Əliyev
24. Ülvi Əvəzov
Ehtiyat oyunçular:
60. Tural Abbaszadə
22. Tanrıverdi Məhərrəml
14. Abdulla Köngülov
Baş məşqçi: Şəhriyar Məmmədov

