Noyabrın ortasında «Şəmkir»in sükanı arxasına keçən Vüqar Nadirov yeni iş yerində «uğursuzluq zolağı»na düşüb.
«Hypers»dən bura gəlmiş baş məşqçi ikinci məğlubiyyətini «Saatlı-Araz»dan alıb.
Saatlıda qonaq olan qərb təmsilçisi açıq oyuna üstünlük verib və bunun acısını çəkib. İlk dəqiqələrdən irəli atılan şəmkirlilər yaratdıqları azsaylı qol vəziyyətlərini məntiqi sonluğa çatdıra bilməyib.
Əvəzində ev sahibləri əks-hücumdan iki qol vurub. Elariz Xəlilli və Həmzə Əliyev qapıçı Novruz Rəhimovu məyus edib.
Oyun tərzini fasilədən sonra da dəyişməyən «qara-sarılar» 52-ci dəqiqədə Ənəs Şabanovla fərqi azaldıb.
Qol kifayət qədər qəribə alınıb. Aşağıdakı videonu izləyin, görəcəksiz.
«Araz» 83-cü dəqiqədə növbəti əks-həmlədən üçüncü qol vurub. Bu epizod kifayət qədər şübhəlidir:
Elarizin qapıçıyla üzbəüz qaldığı an açıq-aşkar ofsayda oxşayır. Baş hakim Rövşən rəcəbov və köməkçiləri fraqmenti necə qaçırıb, maraq doğurur.
90+2-ci dəqiqədə Akif Tağıyev son nöqtəni qoyub. «Şəmkir»in yarımmüdafiəçisi təqribən 25 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsiylə gözəl qola imza atıb.
SPORTİNFO.AZ
“Saatlı-Araz” – “Şəmkir” 3:2
Qollar: Elariz Xəlilli, 26, 83; Həmzə Əliyev, 38 // Ənəs Şabanov, 52; Akif Tağıyev, 90+2
6 dekabr 2024. Saatlı OİK stadionu. 200 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Rasim Axundov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Akif Tağıyev, 50 (qeyri-idman hərəkəti); Sehran Abbasov, 79 (qeyri-idman hərəkəti); Ənəs Şabanov, 90+4 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
“Saatlı-Araz”: 12. Teymur Hüseynov 19. Rəsul İbrahimov 7. Xəyal Bədirov (k) 5. Qurban Hüseynov 15. Cavid Əliyev 8. Ramin Süleymanov 17. Elariz Xəlilli 6. Həmzə Əliyev 44. Ramiz Qasımov 4. Loğman Əliyev 14. Abdulla Köngülov (40. Pərviz Eyvazov, 81)
Ehtiyat oyunçular: 24. Ülvi Əvəzov
Baş məşqçi: Şəhriyar Məmmədov
“Şəmkir”: 1. Novruz Rəhimov (k) 10. Akif Tağıyev 11. Rövşən Şahmuradov (7. Sahib Cümşüdov, 65) 9. Vidadi Cəfərov 23. Cavanşir Cavanşirov 8. Əli Tağızadə (14. Surac Şahbazov, 75) 22. Ənəs Şabanov 5. Sehran Abbasov 6. Kərəm Əhmədli 15. Ümid Nağdalıyev 19. İsmayıl Əskərov
Ehtiyat oyunçular: 44. Elşad Mirzəyev 20. Cavid Abbasov 17. Elnur Mustafazadə 3. Kamran Kərimov 2. Əyyub Cabbarov 4. Kənan İbişov
Baş məşqçi: Vüqar Nadirov