II Liqada 11-ci turun ən maraqlı görüşlərindən biri Sumqayıtda baş tutub.
Ev oyunlarını «gənclik şəhəri»ndə keçirən «Qusar» burada «Göygöl»ü qəbul edib.
Bərbad mövsüm keçirən şimal təmsilçisi qonaqların qapısına 3 cavbsız qol vurub.
İlham Yanəliyev 11-ci dəqiqədə cərimə meydançası daxilindən qapıya ağıllı zərbə endirib və hesabı açıb. Bu epizodda müdafiəçinin onun fəndinə aldanaraq yerə yıxılması diqqət çəkib.
Həqiqətə pozu yoxdur. «Göygöl» fasiləyə kimi və ondan sonra 4-5 qol epizodunu dəyərləndirə bilsəydi, gedişat 180 dərəcə dəyişəcəkdi.
İsmayıl Məmmədovun 1 metrdən boş qapını nişan ala bilməməsini qeyd edək. Bu, ən real fürsətlərdən biri idi.
Müdafiədə etibarsız görünən «Qusar»ı Eşqin Tağıyev sakitləşdirdi. Ötən mövsüm də komandanın şərəfini qorumuş, bir neçə aylıq fasilədən sonra geri dönmüş hücumçu cari mövsümdə ilk dəfə meydana çıxdığı matçda iki qol imza atdı.
Qol nə qol, biri digərindən gözəl! İkinci Qarabağ müharibəsində iştirak etmiş və qazi olmuş Eşqinin dönüşü «Qusar»ı dirçəldəcək.
SPORTİNFO.AZ
“Qusar” – “Göygöl” 3:0
Qollar: İlham Yarəliyev, 11; Eşqin Tağıyev, 71, 77
“Kapital Bank Arena” (ehtiyat meydança). 20 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov
Dördüncü hakim: Elçin Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Osman Osmanov, 90+1 (qeyri-idman hərəkəti) // Seymur Fərəci, 41 (qeyri-idman hərəkəti); Çingiz Məmmədov, 57 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
“Qusar”: 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov (k) 21. Orxan Qurbanlı 95. Eşqin Tağıyev 10. Osman Osmanov 88. Turan Babayev 17. Elnur Dəmirli 9. Kamal Həsən-pur 3. Murad Hüseynov 18. İlham Yarəliyev 30. Ruslan Kiçibəyov
Ehtiyat oyunçular: 37. Faik Ağakərimov 77. Mirmehdi Rzayev
Baş məşqçi: Emin Əmiraslanov
“Göygöl”: 99. Pərvin Zeynalov 9. Zahid Sadıxov 97. İsa Bayramov (k) 10. Elcan Rəhimov 11. İntiqam Tağıyev 6. Hikmət Verdiyev 3. İsmayıl Məmmədov 22. Araz Quliyev 17. Çingiz Məmmədov 44. Rəşid Zeynalov (66. Elgün Qasımlı, 46) 8. Seymur Fərəci
Ehtiyat oyunçular: 13. Kənan Əliyev 14. Ülvi Cəlilov 15. Rəhman Qasımov
Məşqçi: Bilal Mehdiyev