COP29

“Bu pulla komandanı saxlamaq olmur, bütün güc bizim üzərimizə düşüb”

8 Dekabr 2024 22:05 II Divizion 988
“Bu pulla komandanı saxlamaq olmur, bütün güc bizim üzərimizə düşüb”

«Son vaxtlar maliyyə dayaqlarımız zəifləyib, vəziyyətimiz, doğrudan da, çətindir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Saatlı-Araz»ın prezidenti Ədalət Abdullayev deyib.

II Liqanın daha bir iştirakçısı maliyyə çatışmazlığı ilə üzləşib. «Saatlı-Araz» iflas olmağın bir addımlığındadır.

Ötən mövsüm I Liqada mübarizə aparmış Saatlı təmsilçisi əsas dəstəkçilərini itirdiyi üçün böhranlı vəziyyətə düşüb.

Komanda artıq bir müddətdir gündəlik məşqləri dayandırıb. Futbolçular yalnız oyun-oyuna bir araya gəlir və meydana çıxır.

II Liqada mövsümın ilk 9 həftəsi «qara xəbərlər»lə zəngindir. «Lerik», «Füzuli» və «Qusar»ın maddi mənbələri yox olub. Onlar hər an fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir.

Ə.Abdullayev ağır şərtlər altında mübarizəni davam etdirdiklərini bildirib:

«Oktyabrın sonlarından etibarən gündəlik məşqləri dayandırmışıq. İndi komanda oyun günü yığışır və meydana çıxır.

Futbolçuları bazada saxlamaq və qida ilə təmin etmək çətin məsələdir. Hər ay ərzağa 3000 manatdan çox pul gedir.

Xərc təkcə bu deyil axı. Başqa xərclər də çoxdur. AFFA tərəfindən ayrılan aylıq 5000 manat buna kifayət etmir.

Əvvəl kluba kömək edən şəxslər var idi. İndi onlar yoxdur. Güc düşüb tamamilə bizim üstümüzə.

Məhdud imkanlarla hər şeyə çatdırmaq olmur. Ona görə də bir neçə futbolçu ilə yollarımızı ayırmışıq.

Onlar kənardan gələnlərdir. Gedənlərin yerini Saatlıdan olan gənclərlə doldurmağa çalışırıq.

Şans veririk, hamısı da çalışır ki, özünü yaxşı tərəfdən göstərsin. Məsələn, qapıçı Teymur Hüseynov.

22 yaşı var, ilk dəfədir bu səviyyədə çempionatda çıxış edir. Ondan razıyıq, yaxşı perspektivi var».

Digər Xəbərlər
Xəbər Lenti