COP29

Ac və susuz, cəmi 11 futbolçu və baxımlı qol - VİDEO

7 Dekabr 2024 23:40 II Divizion 533
Ac və susuz, cəmi 11 futbolçu və baxımlı qol - VİDEO

II Liqada 11-ci tur arxada qalıb.

Region Liqasının qalibi olaraq yarımhəvəskar çempionata qatılan «Şimal» Siyəzəndə «Lerik»i qəbul edib.
Respublikanın o başından bu başına - cənubdan şimala yol ölçən qonaqlar, böyük ehtimalla, səfər zamanı qidalanmamışdı.

Uzun məsafə qət edən «Lerik»in futbolçularının nə qaçmağa heyi var idi, nə mübarizə aparmağa. Cəmi 11 nəfərlə Siyəzənə təşrif buyurmuş «göylər» qələbə qazanmayacaqlarını bilirdilər.

Onlar, sadəcə, topu hara gəldi, vurur, dəqiqələri qovurdular. Beləcə, ilk hissədə qapılarının torunu toxunulmaz saxlaya bildilər.

«Şimal»ın 3 xalı asanlıqla əldə edəcəyinə inanmış oyunçuları epizodlara barmaqarası yanaşdı. Fasilədən sonra da 10-15 dəqiqə beləcə davam etdi.

Qol pərdəsi yalnız 66-cı dəqiqədə aralandı. Və arxasınca daha iki qol gəldi.

«Keşlə»dən (indiki «Şamaxı) tandığımız, bu ilin mayınadək «Zirə»nin formasını geyinmiş Pərviz Azadovvun vurduğu üçüncü qolu fərqləndirməyə dəyər. Yarımmüdafiəçi cərimə meydançasının xətti üzərindən baxzımlı zərbəylə hesabı 3:0-a çatdırdı.

Cənub təmsilçisinin təsəlli qolu isə penaltidən gəldi.

SPORTİNFO.AZ

“Şimal” – “Lerik” 3:1
Qollar:
Sabir Əlişan, 66; Emin Əskərov, 72; Pərviz Azadov, 76 // Valid Yusubzadə, 89 (pen)
Siyəzən şəhər stadionu. 50 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Elmin Süleymanov
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Tərlan Vəlimətov, 16 (qeyri-idman hərəkəti); Pirverdi Seyidov, 53 (qeyriidman hərəkəti); Natiq Daşdəmirli, 89 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Şimal”: 1. Natiq Daşdəmirli 5. İqrar Səmədov 17. Cavad Hacıyev 13. Qeybulla Kaçayev (7. Emin Əskərov, 46) 9. Şahlar Sədiyev (18. Tural Cəlilov, 46) 14. Sabir Əlişan (k) 27. Pərviz Azadov 44. Tofiq Nəsibov (11. Mirzə Bayrampur, 81) 8. Pirverdi Seyidov (10. Elmar Yəhyabəyov, 62) 77. Ceyhun Kəlbəliyev 25. Tərlan Vəlimətov (16. Amil Məmmədov, 46)

Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov 4. Ülvi Zeynalov 6. Məhəmməd Ağayev 15. Elmar Babayev 19. Şükür Ağabəyov 22. İbrahim İmamhüseynov
Baş məşqçi: Rəcəb Mahmudov

“Lerik”: 12. Hafiz Məmmədli 19. Feyruz Bağıyev 10. Nurlan Əmirzadə 17. Fahil Dostiyev 42. Valid Yusubzadə (k) 20. Elvin Cahangirli 4. Mircavad Ağazadə 24. Yusif Yusifzadə 14. Murad Əliyev 3. Mirvaleh Hüseynov 8. Zeynal Axundzadə
Ehtiyat oyunçular:
Məşqçi:
Xəyal Abbasov

Digər Xəbərlər
Xəbər Lenti