Bu klub insult keçirən millinin sabiq hücumçusuna İŞ VERDİ

6 Dekabr 2024 11:40 II Divizion 2 454
Bu klub insult keçirən millinin sabiq hücumçusuna İŞ VERDİ

Bu ilin fevralında insult keçirən Vadim Vasilyevin işsiz günləri başa çatıb.

O, «Şəfa»dan gələn təklifi qəbul edib.

Millinin sabiq hücumçusu II Liqa klubu ilə rəsmi müqavilə imzalayıb. Nadir Əliyevin başçılıq etdiyi məşqçilər korpusuna daxil olan 52 yaşlı veteran futbolçu 1000 manatdan bir qədər aşağı maaş alacaq.

«Şəfa» rəhbərliyi 1999-2003-cü illərdə Azərbaycan yığmasında forma geyinmiş və 33 oyunda 2 qol vuran Vasilyevə əslində jest edib.

Alkoqolizmdən əziyyət çəkən Vadimə maddi dəstək vermək niyyəti ilə kluba dəvət olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu