Klub prezidenti maliyyə çətinliyindən gileyləndi: “Qazancımız 10 nəfərdir”

3 May 20:20 II Divizion 1 335
Klub prezidenti maliyyə çətinliyindən gileyləndi: “Qazancımız 10 nəfərdir”

“Bir neçə sürpriz xal itkisi bizi hədəfimizdən uzaq saldı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayev deyib.

II Liqada mübarizə aparan klubun rəhbəri I Liqaya vəsiqə qazanmaq uğrunda rəqabətdə geri düşmələrinin səbəblərini sadalayıb. Aran təmsilçisinin birinci şəxsi bir neçə amilə diqqət çəkib:

“Mövsümə iddialı başlamışdıq. Çempionata qədər 1 ay müddətində təlim-məşq toplanışı keçdik.

Çətin maliyyə şərtləri altında baş məşqçi Şəhriyar Məmmədov, "Hunter Villa"nın sahibi Mircavan Kazımov əlindən gələni əsirgəmədilər.

Məlum səbəblərdən ilk 4 ev oyununu Şirvanda keçirdik.

Yeri gəlmişkən, Şirvan Olimpiya İdman Kompleksinin direktoru Radin Tağıyevə öz dərin minnətdarlığımı bildirirəm. Çətin günlərimizdə yanımızda olanlardan idi.

Mövsümboyu davam edən maliyyə sıxıntıları nəticələrə təsirsiz ötüşmədi. İkinci dövrə başlamamışdan öncə İcraiyyə Komitəsinin verdiyi qərarlar bizi yenidən I Liqaya həvəsləndirdi.

Uğurlu startdan sonra yenə gözlənilməz xal itkiləri yaşadıq. "Kür-Araz" və "Şimal"a məğlubiyyətlər son şanslarımızın da üstündən xətt çəkdi.

Artıq qarşıdakı turlarda layiqli mübarizə aparıb, mövsümü başa vurmaq haqqında düşünürük. Növbəti mövsümə ciddi hazırlaşmağın planlarını cızırıq.

Bu mövsümdən qazancımız 10-a yaxın Saatlıdan olan futbolçunu heyətə cəlb edib, bəzilərinin oyun praktikası, bəzilərinin isə peşəkarlarla məşq etməsini təmin etmək, klubu rayonda daha çox tanıtmaq, bilet və forma satışını ənənəyə çevirmək və digər nüanslar oldu”.

Digər Xəbərlər
Xəbər Lenti