.jpg)
Azərbaycanda futbol klubuna yeni rəhbər təyin olunub.
II Liqada mübarizə aparan «Şahdağ»da Hafiz Əliyev dönəmi başlayıb.
Beləcə, Qusar klubunun rəhbərliyində gözlənilməz dəyişiklik gerçəkləşib.
Vüqar Məmmədov prezident postundan uzaqlaşdırılıb. Eyni zamanda sponsor şirkət tərəfindən burada maliyyə yoxlamasına start verilib.
Qarşıdakı günlərdə daha 1-2 funksionerin iş yerindən kənarlaşdırılması gözlənilir.
«Şahdağ» hazırda çempionatın lideridir. Şimal təmsilçisi 20 tura 61 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.
Komanda artıq I Liqaya vəsiqəni özü üçün təmin eləyib. Son 5 turun nəticəsindən asılı olmayaraq.
SPORTİNFO.AZ