Azərbaycan klubu yenidən formalaşdırılacaq

1 Fevral 2020 20:30 I Divizion 1 914
Azərbaycan klubu yenidən formalaşdırılacaq

Məlum olduğu kimi, “Ağsu” birinci diviziondan uzaqlaşdırılıb.

I Divizion klubunun rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini yazılı şəkildə bildirib.

Vəziyyəti nəzərə alan PFL “Ağsu”nu birinci diviziondan kənarlaşdırmağı qərara alıb. Aranlılar çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq.

Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir. Beləliklə, divizionda iştirakçıların sayı 12-yə düşüb.

Sportinfo.az-ın məlumatına görə, komandanın fəaliyyətini dayandırması “AzQranata“nın qərarıdır. Ümumiyyətlə, şirkət futbolla əlaqələrini birdəfəlik kəsib.

Amma bu o demək deyil ki, klub tam fəaliyyətini dayandıracaq. “Ağsu“nun aşağı yaş qrupları üzrə komandaları iyunadək fəaliyyət göstərəcək. Yayda isə klubun yenidən təşkilatlanması və rəhbərliyə yeni şəxslərin gətirilməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?