“Sportinfo”nun yaydığı ŞOK XƏBƏR təsdiqini tapdı, texniki məğlubiyyət verildi!

15 Mart 17:20 I Divizion 885
“Sportinfo”nun yaydığı ŞOK XƏBƏR təsdiqini tapdı, texniki məğlubiyyət verildi!

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Komitə “İrəvan””a 0:3 hesablı texniki məğlubiyyət verib.

Buna səbəb I Liqanın 18-ci turu çərçivəsində “Zaqatala” ilə keçirilən oyunun (3:0) 83-cü dəqiqəsində Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş Kamil Mahmudovun daxil olmasıdır.

Odur ki, “İrəvan” 400 manat cərimə edilib.

Beləcə, saytımızın bu gün səhər saatlarında yaydığı informasiya öz təsdiqini tapıb (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/193066.html).

Bu isə ikinci belə hadisə kimi tarixə keçib. Çünki adıçəkilən komanda mövsümün ilk dövrəsində «İmişli» ilə səfər oyununa yollanmayıb.

Reqlamentə görə, iştirakçılardan hansı biri mövsüm ərzində 3 dəfə texniki məğlubiyyət alarsa, turnir cədvəlində sonuncu yeri kimin tutmasından asılı olmayaraq, çempionatdan kənarlaşdırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!