COP29

Çempionatda sonuncu yeri tutan komandaya bundan GÖZƏL XƏBƏR ola bilməz!

27 May 14:00 I Divizion 2 890
Çempionatda sonuncu yeri tutan komandaya bundan GÖZƏL XƏBƏR ola bilməz!

«Difai» I Liqada pley-off oyunlarından azad oluna bilər.

Bir neçə saat əvvəl xəbər verdiyimiz kimi, bu gün AFFA Lisenziyalaşdırma Komitəsinin növbəti iclası keçiriləcək.

Yığıncaqda I və II Liqanın gələn mövsümü ilə əlaqəli bir sıra mühüm qərarların verilməsi gözlənilir.

Onların başında «İrəvan» gəlir. Problem bundadır ki, I Liqada ilk mövsümünü keçirən klubun çempionatdan kənarlaşdırılması gözlənilir.

Böyük ehtimalla, debütant yarışda iştirakını davam etdirməsinə icazə (lisenziya) ala bilməyəcək.

Səbəblər çoxdur. «İrəvan» dövlət tərəfindən ona ayrılan yardım paketindən düzgün istifadə etməyib. Ayda 300 min manat alan Qərbi Azərbaycan təmsilçisi göstərilən vəsaiti təyinatı üzrə xərcləməyib.

Belə ki, İdarə Heyətinin sədri Zülfüqar Kazımov ötən ilin yayında klubun xərclərini qarşılamaq üçün bankdan böyük miqdarda kredit götürüb.

Mövsüm sentyabrda start götürdüyündən, AFFA ilk ödəməni oktyabrda həyata keçirib.

Həmin, həmçinin digər ayların ödəmələrinin böyük qismi komanda üzvlərinə çatmayıb. Bu məqsədlə nəzərdə tutulmuş dotasiya bank kreditlərinin bağlanmasına sərf olunub.

AFFA bu vəziyyətdən aylar öncə xəbər tutub. Sadəcə, çemponatın imicinə xələl gəlməməsi üçün «İrəvan»ı mövsümün gedişində yarışdan kənarlaşdırmayıb, gözləyib ki, onlar sonadək çıxışlarını davam etdirsinlər.

Son həftələrdə isə həm bu, həm də başqa çatışmazlıqlar bir-bir araşdırılıb və xeyli sayda neqativ hallar üzə çıxarılıb. Hətta mümkündür ki, «İrəvan»ın fəaliyyətinin dayandırılmasına dair şok qərar da çıxarılsın.

Onları ən yaxşı halda II Liqaya «sürgün» haqda qərar gözləyir. Bu da olsa əgər.

«İrəvan» barədə çıxaracaq qərar ən çox «Araz Saatlı»nın işinə yarayacaq. Mövsümün yekunlarına əsasən, I Liqada sonuncu yeri tutan aran təmsilçisi çempionatda qalmaq şansı əldə edəcək.

Onlar «Difai»nin yerinə pley-off mərhələsində «Cəbayıl» ilə üz-üzə gələcək. Bu cütün məğlubu yoluna II Liqada davam edəcək, «fədailər» isə I Liqada qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 17:50 Çək və bizə göndər!