COP29

Azərbaycanda QƏRİBƏ OLAY: Oyunçu tapmadılar, BİABIRÇILIQla üzləşdilər - VİDEO

24 May 17:40 I Divizion 870
Azərbaycanda QƏRİBƏ OLAY: Oyunçu tapmadılar, BİABIRÇILIQla üzləşdilər - VİDEO

Azərbaycan I Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki" İrəvan" son turda öz meydanında "Karvan"ı qəbul edib.

Qarşılaşma Yevlax təmsilçisinin 8:3 hesablı qələbəsi ilə başa çatıb. Burada maraqlı olay yaşanıb.

Meydana çıxarmağa 11 futbolçu sayı düzəldə bilməyən meydan sahibləri fərqli yola əl atmalı olub.

Baş məşqçi Nazim Süleymanov ehtiyat qapıçı Süleyman Süleymanovu əsas qapıçı kimi oynadaraq "bir nömrə" kimi görməyə alışdığımız Andrey Sinenkanı isə sahə oyunçusu kimi start heyətində meydançaya buraxıb.

Belaruslu qapıçı mövqeyi ilə bərabər forma nömrəsini də dəyişməli olub. O, 33 nömrəli qapıçı formasını 6-ya dəyişib.

Xallarını 44-ə yüksəldən "Karvan" mövsümü 5-ci pillədə başa vurub. 27 xal toplayan "İrəvan" isə 8-ci olub.

ASK Arena. 40 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Sənan Atayev
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Sarı vərəqələr: Fərid Kərimzadə, 45+3 (qeyri-idman hərəkəti); İmran Azaxov, 65 (qeyri-idman hərəkəti) // Angenor Qnapi, 44 (qeyri-idman hərəkəti)
Qollar: Vüsal Əsgərov, 19 (p.); Fərid Kərimzadə, 45, 68 // Peter Kinqs, 8, 78; Emil Qasımov, 24, 40, 48; Ruslan Süleymanov, 28; İsmael Sanoqo, 80, 87
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 2 dəq.

“İrəvan”

1. Süleyman Süleymanov
77. Bayram Əliyev (k)
50. Fərid Kərimzadə
6. Andrey Sinenka
2. Əli Əliyev
10. Ruslan Bayramov
7. Samir Qurbanov
18. Vüsal Əsgərov
99. Balamirzə Soltanov
8. Kamil Mahmudov
22. İmran Azaxov

Ehtiyat oyunçular:

Baş məşqçi: Nazim Süleymanov

“Karvan”

12. Məmməd Muradov
88. Müşfiq Teymurov (k)
(5. Əyyub Cabbarov, 61)
10. Akif Tağıyev
6. Angenor Qnapi
(19. İsmael Sanoqo, 61)
17. Ruslan Süleymanov
(20. Cavanşir Cavanşirov, 69)
7. Ceyhun Muxtarlı
97. Emil Qasımov
(11. Rövşən Şahmuradov, 61)
3. İzzət Müştaqov
8. Peter Kinqs
18. Elvin İsmayılov
14. Uensley Ondo

Ehtiyat oyunçular:

1. Amil Orucov
Baş məşqçi: Kənan Kərimov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"