COP29

Evə dönüş, kapitandan əla qol, bir yumruq, bir sillə - VİDEO

23 May 18:00 I Divizion 1 280
Evə dönüş, kapitandan əla qol, bir yumruq, bir sillə - VİDEO

I Liqada mövsümün son - 26-cı turun oyunları keçirilib.

Pley-offa vəsiqə əldə edən “Difai” heç bir əhəmiyyət daşımayan qarşılaşmada “Zaqatala” ilə üz-üzə gəlib.

Beləcə, “fədailər”in 7 aydan sonra Ağsuya dönüşü reallaşıb. Kosmetik təmirdən çıxmış arenaya əvvəlki vaxtlarla müqayisədə bir qədər çox azarkeş toplaşıb.

Protokolda cəmi 50 fanatın olması yazılıb, bu, həqiqəti əks etdirmir - onların sayı 100-dən artıq idi.

Matç turnir cədvəli baxımından bir məna kəsb eləməsə də, hər iki tərəf qələbə qazanmaq üçün əlindən gələni əsirgəməyib.

Müxtəlif səbəblərdən İlham Allahverdiyev, Tahir Zeynalov, Kristian Kampta kimi bir neçə əsas heyət üzvünün xidmətindən məhrum olan Elgiz Kərəmli, bütün bunlara baxmayaraq, hücum futbolu oynadıb.

Sezonun ilk aylarındakı aciz halından çox uzaqlaşan və aşkar autsayder gözüylə baxılan ev sahibləri I Liqanın daimi iştirakçısına üstün gəlmək üçün səy göstərib.

Qol epizodları? Bəli, onların sayı yenə çox idi. Nə etmək olar, onlardan istifadə faizi yenə aşağıdır.

Oyunu izlərkən, bəzən elə gəlirdi ki, Elgiz Kərəmli başını texniki zonanın dirəyinə çırpacaq. Qaçırılan hər fürsətdən sonra gənc baş məşqçinin özünü çətinliklə ələ alması hiss olunurdu.

90+cü dəqiqədə Nazim Bağırovun 2 metdən topu boş qapının üstündən vurmasını xatırlatmaq kifayətdir. “Difai”nin futbolçuları ona qədər daha 5-6 imkanı göyə uçurtdu.

“Zaqatala” 33-cü dəqiqədən etibarən meydanda azlıqda qalmışdı. Roini İsmayılov ona qarşı kobud oynayan Kamil Hüseynovun sinəsinə yumruq endirib yerə sərməklə qarşısında qırmızı vərəqə gördü.

Təəcüblü görünsə belə, “Zaqatala”nın hesabı açdığı 82-ci dəqiqədə yenə Kamili görməkdəyik. Onları əks-hücumda yaxalayan qonaqların cinahdan qapı önünə ötürməsinin önünü əllə kəsən kapitan penaltiyə səbəbkar oldu.

“Xəzər Lənkəran”ın yetirməsi İbrahim Qədirzadə “onbir metrə”ni boşa vermədi. Və 88-ci dəqiqə.

Kamil Hüseynov yenə diqqət mərkəzindədir. Müdafiəçi təqribən 30 metr məsafədən qapının yaxın küncünə əla zərbə endirdi, hesab artıq bərabərdir - 1:1.

Daha bir epizodda “Zaqalata”nın qapısına penalti təyin edilməlidi idi. Referi Fəridə Lütfəliyeva fraqmenti qaçırdı.

Hansı ki, Bayrəməli Qurbanov cərimə meydançası daxilində yerə qalmış, bu azmış kimi, rəqibdən yolüstü bir sillə də “yemişdi”.

SPORTİNFO.AZ

Ağsu şəhər stadionu. 50 tamaşaçı
Baş hakim: Fəridə Lütfəliyeva
Baş hakimin köməkçiləri: Gülnurə Əkbərzadə, Sevda Nuriyeva
Dördüncü hakim: Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Kifayət Mustafaeva
Sarı vərəqələr: Kamil Hüseynov, 33 (qeyri-idman hərəkəti); Coşqun Əsədzadə, 44 (qeyri-idman hərəkəti) // Nizami Səmədov, 84 (oyunun bərpasının ləngidilməsi); Müşviq Nadirov, 90+1 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Roini İsmayılov, 33 (təcavüzkar davranış)
Qollar: Kamil Hüseynov, 87 // İbrahim Qədirzadə, 82 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 6 dəq.

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
99. Məqsum Qənbərli
(5. Əbil Əbilov, 46)
19. Rəsul İbrahimov
6. Əzəmət Ələkbərli
71. Coşqun Əsədzadə
28. Rəhman Quliyev
(13. Nazim Bağırov, 56)
2. Seymur Rəhimov
8. Ramin Süleymanov
9. Bayraməli Qurbanov
21. Benjamin Ebuka

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
50. Qurban Hüseynov
11. Valeh Qəhrəmanlı
16. Emil Quluzadə
Baş məşqçi: Elgiz Kərəmli

“Zaqatala”

12. Müşviq Nadirov
8. Roini İsmayılov (k)
10. Rəhman Şabanov
(20. Nicat Oruclu, 68)
70. Steyn Essono
15. İbrahim Qədirzadə
17. Kevin Ozimo
14. Rüstəm Nuruyev
19. Nizami Səmədov
(27. Turqut Mustafazadə, 90+2)
55. Firuz Əhmədov
24. Cavad Qurbanlı
99. Uoren Lloyd

Ehtiyat oyunçular:
1. Hacı Hacıyev
Baş məşqçi: Rüstəm Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti